Tanınmış müğənni nənə oldu: “Adını Banuçiçək qoydum” – ÖZƏL
Bizi izləyin

Tabloid.az

Tanınmış müğənni nənə oldu: “Adını Banuçiçək qoydum” – ÖZƏL

Əməkdar artist Gülüstan Əliyeva nənə olub.

Publika.az-a təəssüratlarını paylaşan sənətçi nəvəsinə adı da özü qoyduğunu dedi: “Qız nənəsi oldum. Oğlumla gəlin dedilər ki, qızın adını Banu qoyaq. Dedim ki, Banu kimdir, mən nəvəmin adını Banuçiçək qoyuram. Bu addan çox xoşum gəlir. Həm də Çiçək mənim nənəmin adıdır. Şəhadətnaməyə Banuçiçək adını yazdırdım. Mənim sözümün qabağında nə gəlinim, nə də oğlum söz deyir. Çünki mənə hörmətlə yanaşırlar. Bizim evdə böyük sözü həmişə keçərli olub”.

“Maraqlıdır, gənc sənətçi nənə adına görə kompleks yaşamır ki?”

Özünü hələ ki gənc və təravətli sayan Gülüstan xanım, əksinə, gənc nənə olduğuna görə sevindiyni deyir: “Niyə kompleksə düşməliyəm ki? Əksinə, hamı mənə gənc nənə olduğum üçün həsəd aparır. Banuçiçəyin üzündəki təbəssümü görəndə, hər dəfə onu öpüb-qucaqlayanda bütün yorğunluğum canımdan çıxır. Bilirsiniz ki, mənim gözümün ağı-qarası bircə övladım var və onun balası mənim canım sayılır. Gələcəkdə daha çox nəvə sahibi olmaq istəyirəm. Bunu qabaqcadan gəlinimə də demişəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm