Aygün Kazımova ilə Elton Conu nə birləşdirir? - MARAQLI
Bizi izləyin

Tabloid.az

Aygün Kazımova ilə Elton Conu nə birləşdirir? - MARAQLI

Müğənni Selin Dion müsahibələrinin birində bildirib ki, evində 3 mindən çox ayaqqabısı var. Publika.Az-ın məlumatına görə, xanım sənətçi etiraf edib ki, ayaqqabı almaq xəstəliyinə tutulub.


Elton Conun da ayaqqabılara xüsusi sevgisi var. Elton Con bildirib ki, evində min cütdən çox ayaqqabısı var.
Peris Hiltonun 400 cüt ayaqqabısı isə xüsusi sifarişlə hazırlanıb.

Cessika Alba isə məşhur ayaqqabı şirkətlərinin birinə bir həftə ərzində 40 min dollardan çox xeyir var.

Devid Bekhem isə bir ayaqqabını bir dəfədən artıq geyinmir. Ona görə də ayaqqabılarının sayı yaşadığı günlərə bərabərdir.

Həyat yoldaşı Viktoriya Bekhem isə bəyəndiyi ayaqqabını hətta bir ölçü böyük də ala bilər.

Yerli məşhurlardan isə Aygün Kazımova maraqlı ayaqqabıları ilə həmişə diqqət cəlb edir. Özünün dediyinə görə ayaqqabılarının sayı dəqiq bilinmir. Amma çoxdur...

İradə İbrahimova isə müsahibələrinin birində bildirib ki, ayaqqabın keyfiyyəti onun üçün hər şeydən vacibdir.

Rəqqasə Fatimə isə ayaqqabılarını həmişə çantalarına uyğun seçir. Ona görə də ayaqqabılarının sayı qədər çantaları var.

Səltənət
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm