• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Əməkdar artistdən gənc müğənniyə jest – FOTOLAR + VİDEO

Əməkdar artistdən gənc müğənniyə jest – FOTOLAR + VİDEO

Əməkdar artist, aktyor Təvəkkül Əliyev gənc istedadlara dəstək olmaqda davam edir.

Aktyor bu dəfə heç bir təmənna güdmədən gənc müğənni Nicat Hüseynzadənin ifa etdiyi “Söylə” adlı türk mahnısına çəkdirdiyi klipdə rol alıb.

Publika.az xəbər verir ki, bənzərsiz rolları ilə tamaşaçıların rəğbətini qazanmış sənətkar klipdə ata obrazını canlandırıb. Klipdə çəkilmək təklifi rejissor Tofiq Teymuroğludan gəlib. Əməkdar artist öz növbəsində klipdə çəkilmək üçün Lənkərandan Bakıya gəlib.

Bu haqda danışan T. Əliyev “gənc istedadlara dəstək olmaq, onlarla çalışmaq mənə yaradıcılıq stimulu verir” - deyərək, heç bir tərəddüd etmədən rejissorun təklifini qəbul etdiyini vurğulayıb.

Xatırladaq ki, Təvəkkül Əliyev N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyorudur. 2013-cü ildə “Tərəqqi” medalı ilə təltif edilib.

Xatırladaq ki, klipi çəkilən sözügedən mahnı türk müğənnisi Muazzez Ersoyun repertuarındandır. Mini-film şəklində çəkilən klipin rejissoru Tofiq Teymuroğlu, ssenari müəllifi Məftunə Əhmədzadədir. Klipdə eləcə də gənc aktyorlar Xətai Ali Orucov, Ceyla Qasımova və Sevda Hüseynova da rol alıblar.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR