Nazənin ölkədən qaçdı? - 17 dekabrda məhkəmədir
Bizi izləyin

Tabloid.az

Nazənin ölkədən qaçdı? - 17 dekabrda məhkəmədir

“Bütün hallarda Təranə Qumral və Musa Musayevlə müğənni Nazəninin məhkəməsi baş tutacaq. Məhkəməyə verilən şəxsin hansı ölkədə olmasından asılı olmayaraq, qarşı tərəfin nümayəndəsi məhkəmədə təmsil olunacaq. Əgər məhkəmə lazım bilərsə, hər iki tərəf məhkəmə zalına gətiriləcək”.

Bu sözləri Publika.az-a açıqlamasında müğənni Təranə Qumral və Musa Musayevin nümayəndəsi hüquqşünas Vüqar Səfərli bildirib.

Onun sözlərinə görə, məhkəmə prosesi dekabrın 17-də baş tutacaq.

Qeyd edək ki, məhkəmə prosesindən yayınmaq məqsədi ilə müğənni Nazəninin Türkiyəyə qaçdığı deyilir. Hətta müğənni bir müddət orada olacağı və qardaş ölkədə klip çəkdirəcəyi barədə sosial şəbəkədə məlumat da yayıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm