Alim Qasımovun “İlahi ilə söhbət“i - FOTO
Bizi izləyin

Tabloid.az

Alim Qasımovun “İlahi ilə söhbət“i - FOTO

Hazırda Azərbaycanın xalq artisti Alim Qasımov və əməkdar incəsənət xadimi Baba Vəziroğlu İsmayıllıya gedirlər. Sənətçilərin İsmayıllıya səfəri klip çəkilişi ilə bağlıdır.


Bu barədə Publika.Az-a şair Baba Vəziroğlu məlumat verib. O, xanəndə Alim Qasımovun ifa etdiyi musiqisi Kamala, sözləri özünə məxsus olan “İlahi” adlı mahnıya çəkiləcək klip üçün İsmayıllıya getdiklərini dedi:
“Hazırda klip çəkilişləri davam edir. Bakıda çəkilişlər aparılıb. İndi isə klipin təbiətlə bağlı hissələri İsmayıllı rayonunun Buynuz kəndində çəkiləcək. Klipin süjet xətti mahnıya uyğun olacaq. Klipdə ifaçı ilə İlahinin söhbətindən bəhs ediləcək.

İsmayıllıda çəkilişlər bu gün və sabah davam edəcək. Çəkilişlər gecə və gündüz aparılacaq. Klipin rejissoru İTV-nin rejissoru Nəsimi Əliyevdir”.

B.Vəziroğlu onu da qeyd etdi ki, bu mövsümdə hazır olacaq klipin təqdimatı geniş şəkildə İctimai televiziyada olacaq.

Fuad Mədətov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm