Özünü “peyğəmbər” sayan Elzadan öncəgörmə: “2015-ci ildə şou əhli…”
Bizi izləyin

Tabloid.az

Özünü “peyğəmbər” sayan Elzadan öncəgörmə: “2015-ci ildə şou əhli…”

Allaha yazdığı məktubları, eləcə də şeirləri ilə gündəmi alt-üst edən əməkdar artist Elza Seyidcahan qəzəblənib.

Publika.az-a bu barədə danışan sənətçi son günlər onun şeirlərini lağa qoyan insanları Allaha tapşırıb: “Bəzi şairciklər, şairəciklər, jurnalistciklər peyda olaraq məndən ilham alırlar, məni özlərinə ilham pərisi sayırlar. Buna görə də çox narahatdırlar. Əslində, onlar mənim şeirlərimə, fikirlərimə lağ eləmirlər, özlərini, iç dünyalarını ələ salırlar. Mən elə insanları görmürəm, başımı aşağı salıb, öz dünyamda dolanıram. Allahımla birgəyəm. Allah elə insanları öz bildiyi şəkildə cəzalandıracaq. Əslində, mənə sataşan şou əhli çoxdan öz cəzalarına çatıb, didərgin düşüblər. Başları özlərinə qarışıb. Hələ bu harasıdır. Mənə sataşan insanlar 2015-ci ildə də cəzalanacaqlar. Mən hiss edirəm, gələcəyi görürəm”.

Seyidcahan yeni şeirlərini yazaraq insanlara zövq bəxş edəcəyini də dedi: “İlham pərisi gəlməsə, yazmıram. Dünən gecə ilham pərisi gəldi və yazdım. İnşallah, bir də o pəri gəlsə, yeni şeiri yazıb sizə təqdim edəcəyəm. Söz verirəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm