Nizami Kino Mərkəzində "Yunus Əmrə - Eşqin səsi" filminin qala gecəsi olacaq
Bizi izləyin

Tabloid.az

Nizami Kino Mərkəzində "Yunus Əmrə - Eşqin səsi" filminin qala gecəsi olacaq

Nizami Kino Mərkəzində fevralın 13-də “Yunus Əmrə - Eşqin səsi” türk filminin qala gecəsi keçiriləcək.

Publika. Az xəbər verir ki, filmin çəkilişi Yunus Əmrənin məmləkəti olan Əskişəhərin 2013-cü il Türk Dünyasının Mədəniyyət Paytaxtı - “Qalıcı Əsərlər” layihəsi çərçivəsində reallaşıb.

Ekran əsəri yüzillikləri aşan fikirləri ilə tarixin önəmli mütəfəkkiri kimi qəbul edilmiş, humanizm örnəkçisi sayılan, Allaha sevgisini eşq və əxlaqla bağlı fikirlərini paylaşan Türkiyə Anadolusunun yetişdirdiyi ən böyük övliyalardan olan, ilahi eşq yolunda özünü axtaran, səkkiz əsr əvvəl yüksələn mənəviyyat memarı Yunus Əmrənin həyatından bəhs edir.

Üç ilə çəkilən bu film Anadolunun dörd mövsümünün rənglərini əks etdirir. Bir çox məşhurların iştirak etdiyi filmin rejissoru daha əvvəl “Mövlanə - Eşqin Dansı”nı çəkən Kürşat Kızbazdır.

Yunus Əmrə obrazını əvvəldə tarixi şəxsiyyətlərin obrazını yaratmış aktyor Devrim Evin canlandırıb. Həmçinin, filmdə Burak Sergen, Altan Erkekli, Altan Gördüm, Ahmet Mekin iştirak ediblər.

Qala-gecəyə filmin ssenari müəllifi və rejissoru Kürşat Kızbaz, aktyorlar Devrin Emin, Altan Gördüm, Türkiyənin Azərbaycandakı səfirliyinin, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları qatılacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm