Canlı yayımda Xalq artistinə şok təklif: “Mənə dedi ki...”
Bizi izləyin

Tabloid.az

Canlı yayımda Xalq artistinə şok təklif: “Mənə dedi ki...”

Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Ağaxan Salmanlı telekanallardan şikayətlənib.

Giley-güzarını Publika.az-la bölüşən tanınmış aktyor efirlərdə ona edilən bayağı təkliflərdən əsəbiləşdiyini bildirib: “Məni bir çox telekanallar öz verilişlərinə dəvət edir. Amma əksəriyyətinə getmirəm. Nə ANS-ə, nə də o birilərinə. Çünki səmimiyyət yoxdur o verilişlərdə. Dəfələrlə məni aldadıb çağırıblar, veriliş başlayan ərəfədə deyiblər ki, şou yarat, qalmaqal elə, çığır-bağır sal.

Bunu da onunla əsaslandırıblar ki, verilişləri maraqlı və baxımlı olsun. İndiyə qədər sənətdə qazandığım hörməti-izzəti mən axı necə bir anın içində yerə vurum? Nədi-nədi, kimsə bu verilişdən reytinq qazanacaq. Elə verilişlər olub ki, heç çəkiliş başlamamış çıxıb getmişəm. Qabağımda qoyulan o şərtə görə. Ayıbdır vallah, mənim nə yaşıma yaraşar, nə də sənətimə”.

Xalq artisti verilişlər arasında seçim etdiyini deyir:

“Yalnız ATV-də çox sevilən “Səni axtarıram” verilişinə gedirəm və öz sözümü deyirəm. Heç kim mənə yalandan demir ki, şou yarat, filan sözü filan cür de və s. Nə var odur. Mən də ürəyimdən nə keçir, necə keçir, onu da söyləyirəm. Buna görə məni o verilişdə görürsünüz. Digər verilişlər dəvət edəndə bəribaşdan etiraz edirəm. Niyə gül kimi vaxtımı elə bayağı verilişlərə sərf etməliyəm ki? Bundansa, teatrda məşqlərimi edirəm, tamaşalar hazırlayıram. Hesab edirəm ki, tamaşalarla camaatın zövqünü oxşamaq daha maraqlıdır, nəinki efirə çıxıb yalandan qalmaqal yaratmaq. Elələrini görüb söyürlər. Vallah üzlərinə deməsələr də, daldada söyürlər. Deyirlər ağsaqqalı belə olanın, gəncindən nə gözləmək olar? Mən həmkarlarıma da belə verilişlərdə yalançı şou yaratmağı məsləhət görmürəm. Bu, hörmət gətirməz”.

Aktyor qalmaqaldansa, maarifləndirici verilişlərin sayının artırılmasını məsləhət görür: “Səməd Səmədov himnimizi tanımır, Könül Kərimova Cəfər Cabbarlını. Gəncləri qınayırıq. Onlar belə müğənnilərə baxıb nə öyrənəcək? Bundansa, ciddi verilişlər hazırlasınlar”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm