Aktrisamız gənc oğlanın qolları arasında – FOTO
Bizi izləyin

Tabloid.az

Aktrisamız gənc oğlanın qolları arasında – FOTO

Əksəriyyətin “Lider” televiziyasında yayımlanan “Qisas” serialından Zülfiyyə kimi tanıdığı gənc aktrisa Vəfa Babayeva sosial şəbəkədə yeni fotolarını paylaşıb. Publika.az xəbər verir ki, Vəfa fotolarda gənc bir oğlanın qolları arasındadır. Əməkdaşımızın “həmin insan sevgilinizdirmi” sualına gənc aktrisa belə cavab verib:


“Xeyr, o mənim dostumdur, adı Əhməddir. Əhmədlə biz həm də tələbə yoldaşıyıq. Mədəniyyət və İncəsənət Universitetində bir yerdə oxuyuruq. Əhməd mənim qardaşımdır və başqa münasibətdən söhbət gedə bilməz”.

V.Babayeva bildirib ki, hazırda sevdiyi insan var:

“Sevgilim yox, amma sevdiyim insan var. Amma o adam aktyor deyil. Yaş fərqimizin də çox olduğunu demək olmaz”.

Qeyd edək ki, Vəfa Babayeva Bakı Bələdiyyə Teatrının aktrisası, əməkdar artist Firəngiz Babayevanın qızıdır.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm