Azərbaycanda mafiyadan bəhs edən bədii film çəkilir - EKSKLÜZİV
Bizi izləyin

Tabloid.az

Azərbaycanda mafiyadan bəhs edən bədii film çəkilir - EKSKLÜZİV

Azərbaycanda yeni çoxseriyalı bədii film çəkilir. Bu barədə Publika.Az-a filmdə rol alacaq tanınmış rep ifaçısı Anar Nağılbaz məlumat verib. A.Nağılbaz bildirib ki, “Sonuncu Xaqan” adlı çoxseriyalı bədii filmin ssenarisi detektiv janrdadır. Filmdə Azərbaycanın xalq artistləri Rasim Balayev, Fuad Poladov, Fəxrəddin Manafov çəkilirlər.


“Filmdə hadisələr 1980-cin illərin sonlarında başlayır və günümüzə qədər davam edir. Mafiyadan bəhs edən film Rusiyada, Türkiyədə və başqa türkdilli ölkələrdə çəkiləcək”, - A.Nağılbaz dedi.

Fuad Mədətov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm