Ən çox qazanan müğənnilər - SİYAHI
Bizi izləyin

Tabloid.az

Ən çox qazanan müğənnilər - SİYAHI

“Forbes” ən yüksək maaşlı musiqiçilərin adınl açıqlayıb.

Publika.az-ın xarici mətbuata istinadən xəbər verir ki, reper Andre Romell Yanq (Dr.Dre) “Forbes” jurnalının versiyasına görə ən yüksək maaşlı musiqiçilərin siyahısına başçılıq edir.

O, 2013-cü ilin iyul ayından 2014-cü il iyul ayına kimi 620 milyon qazanıb. Reper bu pulun əhəmiyyətli hissəsini “Apple” qulaqlıqlarının və “Beat Elextronics” audiotexnikasını istehsalı edən şirkətin məhsullarının reklamından əldə edib. Razılaşmanın ümumi dəyəri isə 3 milyard dollardır.

Beyonse ikinci yeri tutub. Onun illik qazancı 115 milyon dollar olub. Müğənninin əsas gəliri konsert biletlərinin satışından əldə olunub. Bundan başqa, müğənni “Pepsi” və “H&M” şirkətləri ilə reklam müqavilələri imzalayıb.

Üçüncü yerdə Amerikanın “The Eagles” qrupudur. Qrup “History Of The Eagles” turu çərçivəsində keçirdiyi konsertlərlə 100 milyon dollar qazanıb. Bon Jovi (82 milyon dollar) və Bryus Sprinqstin (81 milyon dollar) qrupu ilk beşliyi tamamlayır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm