• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Türkiyəyə qaçdığı deyilən Nazənini öldürmək istədilər – FOTOLAR +VİDEO

Türkiyəyə qaçdığı deyilən Nazənini öldürmək istədilər – FOTOLAR +VİDEO

Nazənin Türkiyəyə niyə getdiyindən danışıb.

Müğənni yeniliklərini Publika.az-la bölüşüb: “Günlərdir “Instagram”dakı profilimdə sürprizlərin olacağından bəhs edən fotolar paylaşıram. Artıq açıqlama vermək zamanıdır. Mən əsla öncədən vəd vermirəm. Həmişə iş gördükdən sonra pərəstişkarlarımı sevindirirəm. İstanbulda olmağımızın ən önəmli səbəbi 2015 -ci ilin martında işıq üzü görəcək növbəti albomumla bağlı idi. Danışıqlar tam yekunlaşmadığından bütün detalları söyləyə bilmərəm. Dinləyicilərimə deyirəm ki, bir az da səbirli olsunlar. Novruz bayramı ərəfəsində yeni musiqi toplusunu onlara hədiyyə edəcəyəm”.

Nazənin onu da əlavə etdi ki, “Youtube” kanalında ümumi baxışı 1 milyonu keçən “Ay ürəyim” mahnısına da musiqi çarxı çəkdirib: “Bu mahnı mənim ifamda o qədər sevildi ki... Ona klip çəkdirməyi düşünmürdüm. “Ay ürəyim”i ifa etdiyim verilişlərdəki çıxışlarım günü bu gün də “Youtube“-a müxtəlif kanallar vasitəsilə yüklənir.


Mahnıya ümumi baxış 1 milyonu çoxdan keçib. İllərdir mənə sadiq olan fanatlarım israrla mahnıya, heç olmasa, musiqi çarxı çəkdirməyi xahiş edirdilər. Sevənlərimin bu arzusunu nəzərə alıb, İstanbulda yaşayan klipmeyker dostumuz Zöhrab Ağayevlə məsləhətləşdik və kamera qarşısına keçməyə qərar verdim. Bu, Zöhrabla ilk işim deyil. O, çəkiliş meydançasında məni ən yaxşı başa düşən rejissordur.


Sırf bu səbəbdən “Ay ürəyim”ə də ekran həyatı verməyi ona həvalə etdim. Hazırda montaj işləri gedən klipdə bəzi kadrlarda prodüserimi də aktyor kimi görəcəksiniz.

Əsas çəkilişlər Boğaz körpüsünün altında üzən yaxtalardan birində baş tutub.

Kirayələdiyimiz gəmidə Zöhrab kadrların daha mükəmməl olması üçün məndən fədakarlıq etməyimi istəyirdi. Düşünün, sürətlə üzən yaxtanın ən üst hissəsində mahnını ayaqüstə dayanıb oxumağım lazım idi. Səhnə libasında olduğumdan soyuq bütün bədənimi titrədirdi. Operator Yusuf Karakaya, Şahin Cavadsoy da Zöhrabın sözlərini təkrarlayıb məndən cəsarətli olmağımı gözləyirdilər. Ayaqüstə dayanmaqdan başqa yolum qalmadığını anladım. Gəminin ən üst qatına qalxmışdım ki, güclü külək məni yerə yıxdı. Təsəvvür edin, dənizə düşsəydim, elə o an ürəyim dayanardı. Qurban olum Allaha, məni övladlarıma bağışladı. Bu səhnələrin klipdə yer almasını qətiyyən istəmirəm. Amma əminəm ki, “Ay ürəyim” hitinə ikinci həyat verəcək ekran işi təqdim olunanda tamaşaçıların müsbət fikirləri ilə qarşılaşacağam”.


Rejissor Zöhrab Ağayev də Nazəninlə işbirliyindən məmnunluqla danışdı: “Nazənin xanıma olan hörmətim sözlərlə izah olunmayacaq qədərdir. Çəkilişlərdən çox razı qaldım. Azərbaycan jurnalistlərinin “klipi neçəyə çəkdiniz” sualını özüm cavablandırıram. Bizim dost münasibətlərimizdə maddiyyat rol oynamır. “Ay ürəyim” mənim sevimli mahnımdır. Nazənin xanım qonorarımı artıqlaması ilə verib. Ən qısa zamanda tamaşaçılar klipi izləyə biləcəklər”.


Oxucularımıza çəkiliş meydançasında lentə alınan fotoları və “Ay ürəyim” mahnısının linklərindən birini təqdim edirik.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR