“Ulu öndərim - Xatirələr”in təqdimatı oldu – VİDEO + FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Ulu öndərim - Xatirələr”in təqdimatı oldu – VİDEO + FOTOLAR

Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Publika.az-ın məlumatına görə tədbirində tanınmış bəstəkar Sevinc Tofiqqızının Ulu öndərə həsr etdiyi “Ulu öndərim – Xatirələr” kompozisiyasının klipinin də təqdim olunub.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, bəstəkar Sevinc Tofiqqızı , YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, millət vəkili Rasim Musabəyov, millət vəkili Leyla Abdullayeva, millət vəkili Rüfət Quliyev və digər ictimai şəxslər iştirak ediblər. Anım mərasimində çıxış edənlər Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından söz açıblar.

Onu da deyək ki, bəstəsi Sevinc Tofiqqızına aid olan “Ulu öndərim -Xatirələr” kompozisiyasının oranjimanı Osman Həmidova ayiddir. Klipin rejissoruluğunu isə Əziz Orucov edib.

Ulu öndərin həyat yolundan bəhs edən klipin çəkilişlərinin bir qismi Ulu Öndərin məzarı üstündə və 8 saylı musiqi məktəbində baş tutub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm