Samira: “O, bəzən qapılarımızı döymədən gəlir və bizi məhv edir”- FOTOLAR
Bizi izləyin

Tabloid.az

Samira: “O, bəzən qapılarımızı döymədən gəlir və bizi məhv edir”- FOTOLAR

Gənclərin III Ümumrespublika Teatr Festivalının iştirakçıları “NARKOSTOP” demək üçün Bakının alış-veriş mərkəzlərindən birində yığışdılar.

Publika.az-ın məlumatına görə, əməkdar artist Elza Seyidcahan, Samira Allahverdi (Samira – red.), gənc ifaçı Elgün Hüseynov gənclərə bu təşəbbüslərində dəstək olublar.

Elza Seyidcahan bildirib: “Bir xalqı məhv etmək üçün onun gənclərini əzmək kifayətdir. Narkomaniya bütün bəşəriyyətin bəlasıdır. Biz gənclərimizi hər vasitə ilə bu bəladan qorumalıyıq. Allah gənclərimizi qorusun”.

Samira Allahverdi də fikirlərini bölüşüb: “Bu tədbirdə iştirak etməyi təklif edəndə düşünmədən razılaşdım. Peşəmizdən asılı olmayaraq, hamımız bu bəlaya etirazımızı bildirməliyik, özü də ucadan, çox məlumatlı olmalıyıq! Axı o, bəzən bizim qapılarımızı döymədən gəlir və məhv edir!”

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları Elnur Kərimov və İlham Əsədov da Teatrın artıq üçüncü ildir ki, festivala ev sahibliyi etdiyini və gənclərin bu təşəbbüsündə onların yanında olmaqdan məmnun qaldıqlarını ifadə ediblər.

Milli Məclisin deputatı Jalə Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə 3-cü dəfə keçirilən festival 2 aydır start götürüb. Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə reallaşan festivala bu il 120-ə yaxın istedadlı, yaradıcı gənc qoşulub. Bakıdan 9 peşəkar və həvəskar teatr, habelə Şamaxı, Ucar, İmişli, Gəncə və digər bölgələrin truppaları “ağ ölüm” adlandırılan bəlanı cəmiyyətdən, xüsusilə də gənclərimizdən uzaq tutmağın yollarını göstərən tamaşalarla çıxış edəcəklər. Hazırlanan tamaşaların mövzusu da sırf narkomaniya düşkünlüyünə, qanunsuz preparatların satışına etiraz ruhunda köklənib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm