“Gecə Röyanın ən yaxın adamları gəlməyə başladı...“ - DETALLAR
Bizi izləyin

Tabloid.az

“Gecə Röyanın ən yaxın adamları gəlməyə başladı...“ - DETALLAR

Populyar müğənni Röya Ayxanın iyunun 14-də keçirilən ad günü ilə bağlı müğənninin mətbuat katibi Ülviyyə Alovlu yeni detallar açıqlayıb.

O, Publika.Az-a bildirib ki, 30 yaşını qeyd edən Röya həmin günü dostları ilə birlikdə olub:

"Röya ad gününü qeyd etməyəcəyini desə də, yaxın dostları və komandası bununla razılaşmadı. Ad gününə açılan səhərin erkən vaxtından artıq müğənninin bağ evi güllərdən ibarət tərtibatla bəzədilmiş və böyük qonaq masası düzəldilmişdi.

Axşam saat 7-dən etibarən isə Röyanın yalnız ən yaxın sənət dostları gəlməyə başladı. Gecə ərzində 50-yə yaxın qonaq bağa təşrif buyurdu.

Dostları Röyanı hədiyyə yağışına tutdu. Bir anda bağın həyəti çiçək dənizinə qərq oldu. Hədiyyələr arasında sürprizlər də az olmadı. Müğənnilər Niyam Salami və Rəhim Rəhimli Röyanın siması həkk olunmuş xalça toxutdurmuş və Röyaya bənzər maniken düzəltdirmişdilər. Rejissor Anar Röyanın böyük portretini çəkdirmişdi”.

Aparıcı Novruz və Ülviyyə Alovlunun özü isə müğənninin sözlərinə bəstələnmiş "Röyayam" mahnısına çəkdikləri klipi səbəbkara hədiyyə ediblər:

"Bu, aparıcının həm də ilk rejissor işi idi. Daha bir hədiyyə isə dostlar və fanatlar tərəfindən Röyanın 30 illiyi münasibəti ilə çəkilən "Ucalan səs" adlı sənədli filmin təqdimatı idi".

Fuad Mədətov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm