• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Röyanın liderliyini kim istəmir?

Röyanın liderliyini kim istəmir?

Tanınmış rejissor Nail Naiboğlu yeni televiziya layihəsi hazırlayıb. Publika.Az-a danışan N.Naiboğlu layihəsi haqqında ətraflı məlumat verdi:


““Mahnı 2012” adlanan layihənın rəhbəri mən, prodüseri Pərviz Oqtayoğludur. Layihə ilin sonuna kimi davam edəcək, müntəzəm olaraq, hər ay “Lider” televiziyasında yayımlanacaq. Layihədə formata uyğun olan 2012-ci ilin mahnıları səslənəcək. İfaçılar tanınmış və ifaçılıq sənətinə yeni gələnlər olacaq. Hər dəfə 25 mahnı səslənəcək və bu mahnılardan yalnız 10-u növbəti verilişdə nominant kimi yarışa qatılmaq hüququ qazanacaq. İlin sonunda isə 25 mahnı mükafatlandırılacaq.

“Mahnı 2012” adlı veriliş artıq bir dəfə efirdə yayımlanıb. İlk verilişdə Röya Ayxan, İlhamə Quliyeva, Mətanət İsgəndərli, Nadir Qafarzadə, Namiq Qaraçuxurlu, Ayan, Günay İbrahimli, Aysel Əlizadə və başqaları çıxış ediblər”.

N.Naiboğlu onu da qeyd etdi ki, verilişin bir dəfə efirdə yayımlanmasına baxmayaraq, artıq xoşagəlməz məqamlar başlayıb:

“İlk veriliş efirə çıxar-çıxmaz, artıq dava-dalaş başlayıb, təzyiqlər var. Kimsə finala qalmaq üçün təzyiq göstərir. Həmin şəxslərə demək istəyirəm ki, hazırda səs faizi etibarilə öndə olan, liderliyi qoruyub saxlayan Röyadır. Səsvermə “Facebook” sosial şəbəkəsi vasitəsilə aparılır. Layihə rəhbəri kimi bütün müğənnilərə hörmətlə yanaşıram”.

Fuad Mədətov
Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR