Dünyanın ən bahalı şəkli satıldı
Bizi izləyin

Tabloid.az

Dünyanın ən bahalı şəkli satıldı

Avstraliyalı fotorəssam Piter Likanın çəkdiyi “Kabus" adlı şəkil Los-Ancelesdə 6,5 milyon dollara şəxsi kolleksiyaçıya satılıb.

Publika.az-ın “The Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, rəssam bununla rekorda nail ola bilib.

Bundan əvvəlki rekord isə alman rəssam Andreas Qurskiyə məxsus idi. “Kabus” şəklində ABŞ-ın cənub-qərbindəki Antilop Kanyonunda çuxurlar arasından mağaraya düşən şüa təsvir edilib. Şüa kütləsi kabusu xatırladığı üçün şəkilə “Kabus” adı verilib.

Likanın pərəstişkarı daha əvvəl onun “İllüziya” (2,4 milyon dollar) və “Əbədi əhval-ruhiyyələr” (1,1 milyon dollar) şəkillərini əldə edib.

Piter Lika 1959-cu ildə Melburnda doğuldu. O, bu işlə peşəkar səviyyədə 30 ildən çoxdur ki, məşğul olur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm