Demet Akalın hansı azərbaycanlı müğənnini konsertinə dəvət edib?
Bizi izləyin

Tabloid.az

Demet Akalın hansı azərbaycanlı müğənnini konsertinə dəvət edib?

Müğənni Aysel Əlizadə Türkəyinin tanınmış müğənnisi Demet Akalınla keçirəcəyi ad günü ilə bağlı Publika.Az-a açıqlama verdi. O, məsələni belə izah etdi:


“Ad günüm bu gündür. Ad günümü Azərbaycanda keçirmirəm. Sadəcə olaraq, Demet Akalının konsertinə dəvətliyəm. Onlar tərəfindən dəvət almışam. Düşünürəm ki, həmin günü konertdən sonra onların kolletivi ilə birlikdə ad günümü keçirim. Belə bir planım var. Demetin konserti isə iyunun 22-i olacaq.

Bu dəfə heç bir həmkarlarımla ad günümü keçirməyəcəm. Ancaq dostlarım olacaq. İnşallah, növbəti illərdə 25 yaşımı-yubileyimi təmtəraqlı keçirəcəyəm”.

A.Əlizadə yaradıcılıq işləri haqqında dəqiq məlumat verməsə də, amma hazırda gərgin iş rejimində çalışdığını dedi:

“Bu vaxtları müğənnilərimizin yaradıcılıq işlərində durğunluq olur. Hər bir müğənni gizli-gizli işlərlə məşğul olur. Yəni ki, mahnı yazdırırlar, klip çəkdirirlər və başqa bu kimi yaradıcılıq işlərlə məşğul olurlar. Amma heç bir açıqlama vermirlər, sonra sentyabr ayında bir-bir öz məhsullarını təqdim edirlər. Mən də həmin addımı atacağam. Dəqiq planım budur: yeni fotosessiya, sayt, klip və mahnılar gözlənilir”.

Qeyd edək ki, A.Əlizadə yaşını gizli saxlmağa çalışsa da, bu gün onun 22 yaşı tamam olduğunu öyrəndik.

Fuad Mədətov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm