Tanınmış azərbaycanlı aşıq ana olduğunu niyə gizlədib? - AÇIQLAMA -
Bizi izləyin

Tabloid.az

Tanınmış azərbaycanlı aşıq ana olduğunu niyə gizlədib? - AÇIQLAMA -

Publika.Az xəbər verir ki, aşıq Samirə ikinci dəfə ana olub. Tanınmış prodüser Rizvan ilə ailə quran aşıq Samirənin bu evliliyindən oğlan uşağı dünyaya gəlib. Möhsün adını verdikləri oğlan uşağı mayın 31-də dünyaya göz açıb. Lakin bu günə qədər cütlük bunu mətbuatdan gizli saxlayıb.


Publika.Az-a açıqlama verən Rizvan mətbuatdan gizli saxladıqları uşaq haqqında belə deyib:

“Aşıq Samirə bu barədə heç bir sayta məlumat verməyib. Sadəcə olaraq, uşağın üzərindən reklam etmək fikrimiz olmayıb. Uşaq üzərindən reklam edən bəzi insanlardan fərqli olaraq, biz, bunu istəmirik. Bu, ailənin içərisində olan xoş hissdir.

Bu, hər bir insanın ailəsində gözəl paydır. Məncə, bundan yaxşı heç nə yoxdur”.

Qeyd edək ki, aşıq Samirənin birinci nikahından 8 yaşlı qızı var.

Fuad Mədətov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm