• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Londonda Beynəlxalq “Buta” Azərbaycan İncəsənəti Festivalı çərçivəsində silsilə tədbirlər keçiriləcək

Londonda Beynəlxalq “Buta” Azərbaycan İncəsənəti Festivalı çərçivəsində silsilə tədbirlər keçiriləcək

“Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda keçirilən II Beynəlxalq “Buta” Azərbaycan İncəsənəti Festivalı beş ay müddətində davam edəcək.

“Buta” İncəsənət Mərkəzindən Publika.az-a verdiyi məlumata görə, festival çərçivəsində Londonda Azərbaycan xalçaçılıq sənətinin qədim ənənələrindən tutmuş müasir fotoqraflarımızın yaradıcılığı, caz musiqiçilərimizin valehedici ifaları və müasir teatr atmosferində canlı çıxışlara qədər müxtəlif incəsənət nümunələrinin nümayişi nəzərdə tutulub.

Artıq bir neçə təqdimatın olduğunu söyləyən N.Piriyev bildirib ki, festival çərçivəsində “Saatchi” qalereyası və “Louis Blouin” fondunda təşkil edilən müasir incəsənət sərgilərində, o cümlədən Barbikandan “Guildhall”a qədər olan meydanlardakı çıxışlarda Azərbaycan musiqisinin klassik və müasir nümunələrinin təqdimatı həyata keçiriləcək.

Qeyd edək ki, festival boyunca, “YARAT” Müasir İncəsənət Məkanını təmsil edən yeddi rəssamın əsəri Londonun ictimai yerlərində sərgilənəcək.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR