Bəstəkardan Ulu Öndərə ithaf – VİDEO
Bizi izləyin

Tabloid.az

Bəstəkardan Ulu Öndərə ithaf – VİDEO

Bəstəkar Tural Bayraməliyev ulu öndər Heydər Əliyevin anım günündə söz və musiqisi özünə məxsus yeni kompozisiyasını ona ithaf edib.

“Ulu Öndər” adlanan mahnı Türkiyədə peşəkar musiqiçi heyəti tərəfindən aranjiman olunub. Əməkdar artist Almaz Ələsgərlinin ifasında lentə yazılan ithaf nəğməsi klassik notlara köklənib. Musiqi əsəri çoxlu sayda skripkanın və müxtəlif alətlərin müşayiəti ilə lentə yazılıb.

Rejissor Natiq Novruzovun ekran həyatı verdiyi klipdə həmçinin sinxrondan istifadə edilib. Publika.az-a mətbuata açıqlama verən Tural Bayraməliyev bunları qeyd edib:

“Ulu Öndərimiz musiqini duyan və ona dəyər verən şəxsiyyət olub. Onun xatirəsini əziz tutan belə bir layihəni ərsəyə gətirməyi özümə borc bildim. Həm musiqi, həm sözlərdə, həm də eyni zamanda klipdə dahi şəxsiyyəti əks etdirməyə çalışmışıq”.

Xatırladaq ki, buna qədər Tural Bayraməliyev “Xalqımızın Qəlbindəsən” (ifa Nisə Qasımova) və “Ölməz prezident” (ifa Gülyaz və Gülyanaq Məmmədova bacıları) nəğmələrini də Heydər Əliyevə ithaf edib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm