Tabloid.az
Azərbaycanlı müğənni Monteneqronun simvolunu təqdim edəcək - EKSKLÜZİV
“Eurovision” mahnı müsabiqəsinin seçim turlarının iştirakçısı, müğənni Seyran İsmayılxanov Beynəlxalq festivalda Azərbaycanı təmsil edəcək. Bu barədə Publika.Az -a müğənni özü məlumat verib. S.İsmayılxanov bildirib ki, 1-5 iyul tarixində Monteneqroda keçiriləcək “Suncaneskale” mahnı festivalında iştirak edəcək.
“İstanbulda yaşamağıma baxmayaraq, ürəyim Azərbaycanla döyünür. Ona
görə də müsabiqədə Azərbaycanı təmsil etmək istəyirəm. İngilis
dilində, sözü və musiqisi özümə aid olan “Let the Sunshine”
mahnısını ifa edəcəyəm. Bu mahnı bir neçə günə Monteneqro
radiolarında yayımlanacaq və CD olaraq oranın bir çox musiqi
marketində satılacaq” – S.İsmayılxanov bildirdi.
Müğənni onu da qeyd etdi ki, “Suncaneskale” festivalında ifa
edəcəyi “Let the Sunshine” mahnısı Monteneqronun simvolu
sayılır.
S.İsmayılxanov yeni duetindən də danışdı. O, türk aktrisası,
Azərbaycanın Təhminəsi sayılan Meral Konratla duet ifa edib.
Musiqisi Emin Sabitoğlu, sözləri Anara məxsus olan “Əlvida” adlı
mahnı Türkiyədə böyük rəğbətlə qarşılanıb: “Meral xanım sağ olsun,
duetimizi burada piar edir”.
Fuad Mədətov
Publika.Az
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik