Azərbaycanlı rejissorun həyat yoldaşı: "Samir bir qızın maşınında öpüşür"
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı rejissorun həyat yoldaşı: "Samir bir qızın maşınında öpüşür"

Rejissor Samir Fərzəlibəyovun həyat yoldaşı Afaq Fərzəlibəyova Publika.Az-a açıqlamasında boşanma xəbərini təsdiqləyərək,ailədə baş verən münaqişələrdən danışdı:

“Mən Samirlə ayrılmaq haqqında düşünürəm.
Çünki bir qadın xəyanətə bir dəfə, iki dəfə dözər. Hər şeyin bir həddi var. Ona
görə də mən onunla yaşaya bilmirəm. Günlərlə evə gəlmir, uşaqları ilə
maraqlanmır. Hər gün evə gecə saat 2-də, 4-də gəlir. Məni işləməyə qoymur. Təkcə
bu olsaydı, dərd yarı idi. Samir evə heç bir maddi köməklik etmir. Mən məcburiyyət
qarşısında qalıb çalışıram. O, mənim üzərimdə yükdür. Yük ola-ola, üzərimdə
hegemonluq etməsinə dözə bilmərəm. Heç olmasa, işlərimə qarışmasa, uşaqlarla
maraqlansa, ayrılmaq haqqında düşünmərəm. Mən heç də qudurmuş deyiləm. Artıq onun
mənfi cəhətlərinə dözə-dözə yorulmuşam. Mən ancaq canımı ondan qurtarmaq barəsində
fikirləşirəm.

A.Fərzəlibəyova onu da qeyd etdi ki, 2005-ci
ildə boşanmağa cəhd edib. Amma övladının 6 aylıq olmasına görə, məhkəmə ərizəni
qəbul etməyib.

“2002-ci ildən rəsmən ailə qurmuşuq. Mən
ondan hələ 2005-ci ildə ayrılmaq istəyirdim. Həmin vaxtı məhkəməyə müraciət də
etmişdim. Onda da övladım 6 aylıq olduğundan, məhkəmə bizi ayırmadı. Daha
doğrusu, məhkəmə ərizəni qəbul etmədi. Kaş o vaxtları, uşağımın 1 yaşı tamam
olardı ki, Samirdən canımı qurtarardım. Amma uşaqlarımı, valideynlərimi, cəmiyyəti
fikirləşdim. İnsan özünü fikirləşməli, sonra qərar verməlidir. Samir yalvarsa
da, qarşımda diz çöksə də, nə etsə də, faydasızdır. Çünki Samir mənim üçün
oxunmuş bir nəğmədir. Bitdi! İki övladım var. Mərahimin 6 yaşı, Tahirin də 4
yaşı var. Tahirin 4 yaşı olmasına baxmayaraq, danışa bilmir. Bu insan uşağıyla da
maraqlanmır”, - A.Fərəzlibəyova dedi.

Afaq xanım xəyanətə uğramasından da söz
açdı: “Mənə zəng edib deyiblər ki, Samir Nisə adlı bir qızın maşınında öpüşür.
İfadəmə görə üzr istəyirəm, sən kişi əxlaqsızısan. Sən ailəyə diqqət eləmirsən,
üstəlik, hansısa küçə qadınına… Qız da olanları inkar edirdi. Qıza dedim ki, səni
biabır edəcəyəm. Sənin iş yerinə gələcəyəm. Qız Azərbaycandakı otellərdən
birində işləyir”.




----------
15:00


Publika.Az tanınmış rejissorun ailəsində boşanma qalmaqalı ilə bağlı məlumatlara aydlnlıq gətirmək məqsədilə tərəflərdən biri -Samir Fərzəlibəyovla əlaqə saxlayıb.

Saytımızın əməkdaşı ilə söhbətində Samirin tərəddüd edərək açıqlama verməkdən yayındığı hiss olunurdu.

“Ayrılmışam? Sözün açığı, bu işlə bağlı danışmaq istəmirəm. Ailədir də... Ailədə problem olar da... Rəsmi olaraq ailəliyik. Yanlışdır, əlbəttə yanlışdır. Mənə maraqlı olan odur ki, insan əsəbləşəndə ailəsində problemlər olur. Bu da elə bir şeydir”, - S.Fərzilibəyov dedi.

---------
13:28


Deyilənlərə görə, buna səbəb Samirin həyat yoldaşına saysız-hesabsız xəyanətləri olub. Publika.Az-a daxil olan məlumata görə, Samirin məşuqələri hətta onun yoldaşını mütəmadi olaraq narahat ediblər. Səbir kasası daşan xanım, bu evliliyə son qoyub.

Xatırladaq ki, rejissorun yoldaşı Afaq Tahirqızı Avropa Qəzətçilər Dərnəyinin üzvüdür. Samir Fərzəlibəyov isə teatr rejissoru Mərahim Fərzəlibəyovun oğludur.

Afaqla Samirin nikahdan iki oğlan övladı var.

Səltənət, Fuad Mədətov
Publika.Az
Oxumağa davam et
Reklam
Reklam

Gündəm