Tabloid.az
Azərbaycanlı cazmenin konserti Parisdə maraqla qarşılanıb - FOTOLAR
Fevralın 11-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində fransız musiqi sevərlərinə yaxşı tanış olan Montrö beynəlxalq caz festivalının laureatı, Azərbaycanın Əməkdar Artisti Şahin Növrəslinin solo konserti təşkil keçirilib.
Konsert Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə
baş tutub. Səfir Elçin Əmirbəyov tədbirdə çıxış edərək, ölkəmizdə
caz musiqisinin populyar olduğunu, onun son illər inkişaf etdiyini,
1960-cı illərdə cazın Azərbaycan xalqının ənənəvi musiqisi olan və
UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən muğamla
sintez edilərək yeni caz-muğam musiqi janrının yarandığını diqqətə
çatdırıb, bu sahədə Vaqif Mustafazadə, Rafiq Babayev və digər
istedadlı bəstəkar - ifaçıların yetişdiyini vurğulayıb.
Virtuaz ifaçı Şahin Növrəslini Azərbaycan cazının yeni nəslinin
istedadlı nümayəndəsi kimi dəyərləndirən səfir, onun müxtəlif
beynəlxalq caz festivallarında ölkəmizi layiqincə təmsil etdiyini,
bu yaxınlarda “Bayatı” albomunu buraxdığını xatırladıb və Fransada
dəfələrlə çıxış etdiyini bildirib. Ş. Növrəsli konsertdə Azərbaycan
və Avropa cazmenlərinin əsərləri ilə yanaşı, özünün bəstələdiyi
musiqi parçalarını ifa edib.
Konsertdə fransız ictimaiyyətinin nümayəndələri, tanınmış
mədəniyyət xadimləri, incəsənət ustaları, Azərbaycanın UNESCO
yanındakı daimi nümayəndəliyinin əməkdaşları, diaspora təmsilçiləri
və azərbaycanlı tələbələr iştirak ediblər.
Qonaqlara Azərbaycan musiqisi ilə bağlı Heydər Əliyev Fondu
tərəfindən nəşr edilmiş broşürlar təqdim edilib.
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?