Murad Arif: “Əli Mirəliyev nə vaxtdan göstəricidir?“
Bizi izləyin

Tabloid.az

Murad Arif: “Əli Mirəliyev nə vaxtdan göstəricidir?“

Murad Arif onu tənqid edənlərə cavab verib: "Kimdi tənqid edən? Əli Mirəliyev? O, nə vaxtdan göstəricidir ki? Yəni Əli Mirəliyevin fikirlərinə hörmət edirəm. Daha açıq desəm, qulaq asıram, ehtimal edirəm ki, düz deyir və öz işimi də davam etdirirəm. Əli Mirəliyevin fikri mənim üçün prioritet ola bilməz. Əgər Vaqif Gərayzadə mənə deyirsə ki, "Ay qız, oyan" mahnısı Elnarə üçün uğurlu oldu, bu mənim üçün göstəricidir. Əgər Vaqif Gərayzadə deyirsə ki, "Şoko şokalad" tipli mahnılar monotonluq gətirir, məzmunsuzluğun göstəricisidir və kökündə elə də böyük bir fikir, ideya yoxdur, bu irad mənim üçün göstəricidir. Aygün Səmədzadə, Murad Dadaşov, Oqtay Əliyev, Mübariz Tağıyevin fikri mənim üçün göstəricidir. Fikrimcə, insan özü əhatəsini, medianı, tənqidləri filtr etməlidir. Mən Azərbaycan cəmiyyətində fikirləri, mövqeləri ilə hesablaşdığım insanları tanıyıram. Onlar irda bildirdikdə əhəmiyyət verə bilərəm. Hər danışan adam Murad Arifin diqqətini cəlb edə bilməz".

Səltənət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm