ABŞ-ın İstanbuldakı konsulu Türk kişi ilə evlənir - Şok
Bizi izləyin

Tabloid.az

ABŞ-ın İstanbuldakı konsulu Türk kişi ilə evlənir - Şok

Diplomatik dairələr şokdadır. ABŞ-ın İstanbuldakı baş konsulu Karles Hunter bir türklə nigah masasına oturur. Bəs, hadisənin şok yaradan tərəfi hansıdır?

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ABŞ İstanbuldakı baş konsulu bir türk kişi ilə evlənir.

Onun evlənəcəyi türk isə Ramadan Çaysever adlı gəncdir. Onların bu ayın sonunda rəsmi olaraq evlənəcəyi deyilir. Hunter Ramadan ilə keçən il Krım Kilsəsində keçirilən bir mərasimdə tanış olub. Çaysever həmin mərasimdə kiçik bir konsert verən xorun tərkibində idi. Tanış olmasından bir neçə ay sonra Ramadan Çaysever Hunterin Arnavutköydəki evinə köçüb. Hunter ondan sonra da dəvət olunan yerlərə Çaysever ilə birlikdə gedib. Getdiyi bütün rəsmi dəvətlərdə Çaysever onun yanında olub.

ABŞ xarici işlər nazirliyi də evliliyi təsdiqləyib. Bir neçə ay əvvəl Hunter Çayseverə evlənmə təklifi edib. “Bəli” cavabı alan konsul evlənmək istəyini ABŞ Xarici İşlər Nazirliyinə bildirib və razılıq istəyib. ABŞ Xarici İşlər Nazirliyi Ramadan Çaysever haqqında araşdırma aparandan sonra Hunterə evlənməlk üçün icazə verib.

Rəsmi evlilik mərasimi Hunterin məmləkəti olan və ailəsinin yaşadığı Appleton-Viskonsində keçiriləcək. Çünki Hunterin doğulub böyüdüyü şəhərin olduğu statın qanunları həmcins evliliklərə icazə verir. “Cütlük” bu ayın 20-də evlilik üçün rəsmi prosedurlara başlatmaq üzrə Appleton-Viskonsinə gedəcək. Hunter ilə Çaysever yeni il tətilini də ABŞ-da keçirəcək və yanvar ayının ilk həftəsində İstanbula dönəcək. Onlar toy yeməyini də İstanbulda verəcək.

Hunter 2013-cü ilin sentyabr ayından ABŞ-ın İstanbul baş konsulu olaraq Türkiyədəki işinə başlayıb. O, türk, ərəb və fransız dillərini bilir. Musiqiyə, kitab oxumağa, yemək bişirməyə, arxitekturaya, türk və Orta Şərq tarixinə xüsusi maraq göstərir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm