Azərbaycanın əməkdar artisti nədən gileyləndi?
Bizi izləyin

Tabloid.az

Azərbaycanın əməkdar artisti nədən gileyləndi?

“Bu gün mənim sənətdə olmağım ad günümə edilən ən böyük hədiyyəmdir. Rəhmətlik atam böyük bir kollektivin rəhbəri olub. Həmin kollektivdə Zeynəb Xanlarova, Şövkət Ələkbərova kimi sənətkarlar çalışıblar. Evimizdə həmişə böyük sənətkarlar qonaq olublar. 6 yaşımın tamamında, ad günümdə dahi sənətkar Səid Rüstəmov bizə qonaq gəlmişdi. Elə həmin gün məni imtahan etdi. Nağara, pianno çaldım. Musiqi duyumumu yoxladılar, sonra atama məsləhət gördü ki, kamança sinfinə gedim. Bu, ad günümdə mənə hədiyyə idi" - Publika.Az-ın məlumatına görə, bunu əməkdar artist Ağacəbrayıl Abasəliyev bildirib.


Onun sözlərinə görə, 4-cü sinifdə oxuyarkən Respublika məktəblərarası musiqi müsabiqəsində II yerə layiq görülüb. Daha sonra Almaniyada keçirilən beynəlxalq festivalda uğurlar qazanıb.

"Rəhmətlik atamı uğurlarım sevindirirdi. O, mənə dedi: "Sən peşəkar sənətçi olacaqsan, amma səndə musiqiçi xasiyyəti olmayacaq ...". Atam uzaqgörən insan idi. İndi başa düşürəm ki, nə demək istəyib. Heç cür bu mühitə uyğunlaşa bilmirəm. Məni bezdirən laqeydlik, paxıllıq, insanların ikiüzlülüyüdür. İncəsənət sahəsində bu, daha qabarıqdır" - o, deyib.

Ağacəbrayıl müəllim sağlam rəqabətin tərəfdarı olduğunu deyib.

"Fikir verin, eyni adamlar hər il bayramlarda eyni mahnıları oxuyurlar. Bəzi müğənnilərimiz fonoqramla toy məclislərini idarə edirlər. Bütün bunları haqsızlıq kimi qiymətləndirirəm. Çalışıb, yenilik etmək istəyənlər azdır. Bütün bunlara baxanda bezirəm. Əziyyətə, zəhmətə dəyər verənlərin içində olmaq istəyirəm. Bilirsiniz, incəsənət adamı gərək elə yaşasın ki, məişət problemləri onu narahat etməsin. Həm məişət qayğıları, həm də yaradıcı iş arasında qalanda insana çətin olur”.

Səltənət
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm