Müğənni Samir Piriyev Musiqili Teatrda oynayacaq
Bizi izləyin

Tabloid.az

Müğənni Samir Piriyev Musiqili Teatrda oynayacaq

O, artıq teatrın ştatındadır

Publika. az Milli.Az-a istinadla xəbər verir ki, tanınmış müğənni Samir Piriyev fevralın birindən Musiqili Teatrın ştatlı işçisidir. Artıq siz Samir Piriyevi Musiqili Teatrın səhnəsində tamaşalarda tez-tez görəcəksiniz.



Müğənni açıqlamasında deyib: "Uşaq vaxtından aktyorluğa böyük həvəsim olub. Azərbaycan filmlərini əzbər bilirəm. Özümü həmişə bir çox rollarda təsəvvür etmişəm. Bu da incəsənətin əsas və çox məsuliyyətli qollarından biridir. Hələ ki, tamaşa üzərində məşqlər gedir. Yeni xəbərlərim bundan ibarət deyil. Yeni mahnılar üzərində çalışıram. Nadir Əzimovdan iki mahnı oxuyacam. Digər mahnım dostum, qardaşım Tural Bayraməliyevdəndir, mahnının adı “Dostluq və barış”dır. Yeni klipi də bu yaxınlarda təqdim edəcəm. Konsert məşqlərim də davam edir, inşallah, söz verdiyim kimi, konsertim yaz aylarında baş tutacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm