“Qızıl qız” Şirley Templ öldü
Bizi izləyin

Tabloid.az

“Qızıl qız” Şirley Templ öldü

“Qızıl qız” Şirley Templ öldü

Bir vaxtlar dünyanın ən məşhur uşaq ulduzu kimi tanınan Şirley Templ 85 yaşında vəfat edib.

Qızılı saçları ilə tanınan aktrisa Kaliforniyadakı evində həyata gözlərini əbədi yumub.

Ailəsi verdiyi açıqlamada “Aktyorluq kariyerası ilə yanaşı, sevimli anamız, nənəmiz və atamız Çarles Alden Blakın 55 illik həyat yoldaşı olaraq böyük uğurlara imza atan Şirley üçün çox darıxacağıq” deyib.

Aktyorluq kariyerasına 1932-ci ildə hələ üç yaşı olanda başlayan Templ Hollivud tarixinin ən çox sevilən uşaq ulduzlarından biri idi.

Mahnıları, rəqsləri və aktrisalığı ilə milyonlarla insanı heyran edən Templ 1935-ci ildə altı yaşında Oskara layiq görülüb. Templ Oskar alan ən kiçik aktrisa adını hələ də qoruyur.

1950-ci ildə II Dünya Müharibəsi zamanı ABŞ Donanmasında kəşfiyyatçı olan Çarles Alden Blak ilə evlənən Templin bir oğlu, bir qızı var idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm