• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Populyar azərbaycanlı müğənni dünya rekordu qıran klipindən danışdı - EKSKLÜZİV

Populyar azərbaycanlı müğənni dünya rekordu qıran klipindən danışdı - EKSKLÜZİV

O, bildirdi ki, mahnı çox çətinliklə ərsəyə gəlib. Mahnının xərclərini prodakşn ödəyib. Müğənni klipin qiymətini deməsə də, hədsiz baha olduğunu bildirdi. Çəkilişlər xaricdə müxtəlif məkanlarda aparılıb.


“Azərbaycanlı rejissorlardan kimsə bu klipi çəksəydi, dünya səviyyəsinə çıxardımı” sualına Qasımova belə cavab verdi: “Onu deyə bilmərəm (gülür), amma Azərbaycanda bəlkə də gələcəkdə belə bir şey ola bilər. Hələ ki, öyrənmək mərhələsindəyik” - deyə bildirdi.

Müğənni dünya səviyyəsinə çıxmış klipin Azərbaycanın məhşur ulduzlarında ona qarşı qıcıq yarada biləcəyi ehtimalına da münasibət bildirdi.

“İnanmıram qıcıq yaratsın, amma yaratsa belə, bu, normaldır. Əgər qıcıq olmasa yaxşı iş də olmaz”.

İlhamə həmçinin qeyd etdi ki, “Flying” mahnısı bu ilin ən hit mahnısı olacaq. “Əgər düşündüyümüzdən daha çox uğur gətirərsə,əlbəttə bunun davamı olacaq” – o, əlavə etdi.

Sonda Qasımova bildirdi ki, yayda Almaniyada ən yaxşılar nominasiyası keçiriləcək. Onun klipi də bu nominasiyada yer alıb. “Yer almasam da burada iştirakım mənim üçün uğur deməkdir” – Qasımova dedi.

Gülnar
Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR