Tabloid.az
“Eurovision“ biletləri necə satılır? - MÜNASİBƏT
Yayılan xəbərlərlə bağlı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətovun münasibətini öyrəndik.
“Mədəniyyət və Turizm Nazirliyi “Eurovision-2012” -nin biletlərinin
satışı ilə məşğul olmur. Satış mərkəzləşdirilmiş qaydada aparılır.
Bu işlə təşkilatçılar məşğul olur" - Nazirlik sözçüsü bildirdi.
Onun sözlərinə görə, finala biletlər internet vasitəsi ilə satılır.
Yarımfinala isə biletlər yenə də mərkəzləşdirilmiş qaydada
köşklərdə satılır. Online satış zamanı müştəri biletin əldə
olunmasını təsdiq edən elektron məktub almalıdır. Bilet sahibləri
elektron ünvana daxil olmuş vauçeri konsert ərəfəsində Bakıdakı
bilet satış köşklərinə verərək biletlərini əldə edəcəklər. Bu,
saxtalaşdırmanın və biletlərin qara bazarda satışının qarşısını
almaq məqsədi daşıyır.
"Mən hansısa qəzetin yazdığına şərh vermək istəmirəm. Onu deyə
bilərəm ki, şəxsən mən özüm bilet almaq istədim, lakin, tapa
bilmədim. Satış sistemi elə qurulub ki, hansısa boşluqdan istifadə
edib əldən satış aparmaq mümkün deyil. Konsertə getmək istəyənlər
bilet tapa bilmirlər, hansısa məcburi satışdan söhbət gedə bilməz”
- İntiqam Hümbətov dedi.
Günay Muradlı
Publika.Az
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir