Mehriban Xanlarovaya xəbərdarlıq edildi – EKSKLÜZİV
Bizi izləyin

Tabloid.az

Mehriban Xanlarovaya xəbərdarlıq edildi – EKSKLÜZİV

Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Mehriban Xanlarovaya teatrın direktoru, əməkdar incəsənət xadimi İsrafil İsrafilov tərəfindən xəbərdarlıq olunub.

Publika.Az-ın teatrdan əldə etdiyi məlumata görə, buna səbəb aktrisanın Əfqanın “Oliqarx” tamaşasının məşqinə gəlməməsi olub. Tamaşanın məşqində iştirak etməməklə teatrın daxili intizam qaydalarını və əmək müqaviləsinin şərtlərini pozduğuna görə Mehriban Xanlarovaya xəbərdarlıq edilib.

Bildirilir ki, əmrdə aparıcı səhnə ustası Mehriban Xanlarovanın Elçinin “Teleskop”, M.Frişin “Don Juan və həndəsə”, B.Brextin “Kuraj ana və uşaqları” və Əfqanın “Oliqarx” tamaşalarının hazırlığı prosesində rol bölgüsü ilə əlaqədar hər dəfə yersiz mübahisələri ilə yaradıcılıq mühitində gərginlik yaratması da qeyd olunub.

Məsələyə münasibət öyrənmək üçün Mehriban Xanlarovanın özü ilə əlaqə saxladıq. Lakin aktrisa bu barədə danışmaq, fikir yürütmək istəmədiyini söylədi.

Xəyalə Muradlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm