“Bizə daş atanın üstünə daşla dolu "Kamaz"la gələrəm” – QALMAQAL
Bizi izləyin

Tabloid.az

“Bizə daş atanın üstünə daşla dolu "Kamaz"la gələrəm” – QALMAQAL

Tolik belə deyib.

Müğənni Natavan Həbibi və prodüser Tolik arasında gərgin anlar yaşanır. Publika.Az-ın məlumatına görə xalq artisti Aygün Kazımovanın ad günü məclisində müğənni Sevda Yəhyayevanın “Kleopatra” obrazını Natavan Həbibidən oğurlaması mediada müzakirələrə səbəb oldu. Prodüser Tolik “Onlar” verilişində açıqlamasında od püskürüb:

“Bu dəfə Sevdadan başladılar, Sevda Kleopatra obrazını hansısa bir müğənnidən oğurlayıb. Biz o müğənninin adını çəkmək istəmirik. O, elə bilir onun adını çəkəndə bizə reklam olur, əksinə onun özünə reklam lazımdır. Sevda bu obrazı Kleopatradan götürüb. Kimsə restoran reklamına 10 saniyəlik çəkilibsə, o demək deyil ki, bu obraz ona aiddir. Sənin kimi müğənnilər mənə etalon deyil. Xahiş edirəm mənim işlədiyim müğənninin bostanına daş atma. Kamazım var daşla dolu, tökərəm üstünə altından çıxa bilməzsən”.

Natavan Həbibi isə məsələdən xəbəri olmadığını bildirir:

“ Razıyam, desinlər Natavan özünü kiməsə oxşadır. Nəinki desinlər ki, Natavana kimsə özünü oxşadır. Elə fikirləşirlər ki, mən özüm bunları yazdırıram. Mən söz-söhbətlərdən uzaq olmaq istəyirəm. Kimin nə yazmasından mənim xəbərim yoxdur. Kiməsə bu söhbətlər lazımdır”.

Elvin Elxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm