Tabloid.az
Bu gün Xatirənin nişanıdır
Bu gün populyar estrada müğənnisi Xatirə İslam nişanlanır. Publika.Az-ın milli.az-a istinadən məlumatına görə, şou-biznesin yeni kürəkəninin adı gizli saxlanılsa da, etibarlı mənbə xoş tanışlığın təfərrüatı barədə maraqlı açıqlama verdi.
Xəbəriniz olsun ki, təşkil olunan toylardan birinə qonaq kimi dəvət olunan Xatirə, özü də bilmədən gələcək ömür-gün yoldaşının qarşısına çıxıb.
İddialara görə, oğlanın Xatirə İslamın tanınmış müğənni olması barədə hansısa məlumatı olmayıb. İlk görüşdən sevgisini izhar edən oğlan, ardınca elçilərini sənətçinin qapısına göndərib.
“Hə”si verilən Xatirə gələcək həyat yoldaşının onun barəsində məlumatsız olduğundan qətiyyən rahatsız deyil.
Kürəkən haqqında daha bir məlumat. Əslən bakılı olduğu deyilən həmin gənc 4 xarici dil bilir.
“Qismətim budur” prinsipini rəhbər tutan müğənni, bu axşam Bakının Novxanı qəsəbəsində yerləşən bağ evində əsasən gənc dostlarının və həmkarlarının əhatəsində barmağına nişan üzüyü taxacaq. Onu da dəqiqləşdirdik ki, ildırım sürəti ilə nişanlanan Xatirə çox qısa zamanda ağ gəlinlik də geyinəcək. Deyilənlərə görə, toy maksimum bir ayın içində baş tutacaq.
Milli.Az-ın əməkdaşının telefon zənginə cavab verən Xatirə İslam ən xoşbəxt günü ilə bağlı əldə etdiyimiz məlumatların hamısını təsdiqləyib. Daha sonra sevincini oxucularla bölüşüb: “İndi gözəllik salonundayam. Qızlar saçımı düzəldirlər, mən də sevinc içində xoşbəxt anımın yetişəcəyi vaxtı gözləyirəm. Nişanlım barəsində heç bir məlumat vermək istəmirəm. Adını da açıqlamağa ehtiyac yoxdur. Qoy oxucularınız bu barədə informasiyasız qalsınlar (gülür). Yazın ki, ürəkdolusu xoşbəxtlik yaşayıram. Pərəstişkarlarıma sevincli xəbəri ilk siz çatdırdınız, inşallah, toyuma da çağıracağam, gəlib, sevincimizi bölüşərsiniz”.
Publika.Az
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!