• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Rəşid Behbudovun anadan olmasının 99-cu ildönümüdür

Rəşid Behbudovun anadan olmasının 99-cu ildönümüdür

Azərbaycanın estrada və opera müğənnisi, aktyor, SSRİ Xalq Artisti Rəşid Behbudovun anadan olmasının 99-cu ildönümü münasibətilə xatirəsi anılıb.

Publika.az xəbər verir ki, görkəmli sənətkarın doğum günündə ailə üzvləri və yaxınları, həmçinin Azərbaycanın mədəniyyət xadimləri Fəxri xiyabanda onun məzarını ziyarət ediblər.

Rəşid Behbudovun dahiliyi Azərbaycan mədəniyyətinin, milli musiqimizin, operamızın görkəmli nümayəndəsi kimi illər keçdikcə daha aydın görünür. Bu sözləri AzərTAc-a müsahibəsində Fəxri xiyabanda atasının məzarını ziyarət etməyə gəlmiş müğənni Rəşidə Behbudova deyib. Rəşid Behbudovun həmçinin dünya musiqisinə böyük töhfələr vermiş şəxsiyyət olduğunu deyən müğənni gələn il dahi musiqiçinin 100 illik yubileyinin keçiriləcəyini və bunun Azərbaycan mədəniyyətində əlamətdar hadisə olacağını söylədi.

Dekabrın 14-də Tiflisdə anadan olan dahi sənətkar sonralar ailəsi ilə birgə Şuşaya köçüb. 1965-ci ildə yaratdığı mahnı teatrı ilə dünyanın 70 ölkəsində yüzlərlə konsert proqramı ilə çıxış edib. Onun repertuarında olan mahnılar bu gün də sevilir. Görkəmli sənətkar həmçinin Azərbaycan filmlərində yaratdığı obrazları ilə də yaddaşlarda qalıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR