• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Amaci“: “Mən Azərbaycan xalqını çox sevirəm“

“Amaci“: “Mən Azərbaycan xalqını çox sevirəm“

"Mən Azərbaycanı tanıyıram və sizin xalqınızı çox sevirəm".

Publika.Az-ın məlumatına görə, bunu "Vətəninfo.az"- a özəl açıqlamasında "Space" telekanalında yayımlanan və izlənmə rekordları qıran "Bu zalım dünyada doğulma" teleserialındakı Amaci rolunun ifaçısı, Hindistanlı məşhur aktrisa Meghna Malik bildirib.

O, qeyd edib ki, Azərbaycana gəlmək haqqında düşünür:

"Məni Azərbaycana dəvət ediblər. Yaxın zamanlarda ölkənizə səfər etmək haqqında düşünürəm"

M.Malik Azərbaycanın çox gözəl olduğunu deyib:

"Mənim Sara adlı azərbaycanlı rəfiqəm var. O, Rusiyada yaşayır. Sara mənə Azərbaycan haqqında çox danışıb. Deyir ki, Azərbaycan çox gözəl və inkişaf etmiş bir ölkədir. Çox istəyirəm ki, Bakını görüm".

"Bu zalım dünyada doğulma" teleserialının çəkilişləri davam edirmi və növbəti bölümlərdə nələr olacaq" sualına aktrisa belə cavab verib:

"Mən serialdan çıxmaq istəyirəm. Buna görə də rejissor mənə təklif edib ki, növbəti bölümlərin birində vəfat edim. Yəni Amaci öləcək. Ümumiyyətlə bizim serialın sonunun necə bitəcəyi məlum deyil".

"Qız uşaqlarını öldürən, insanlara əzab verən qadın rolunu ifa etmək çətindir" sualına aktrisa belə cavab verib:

"Aktiyor, aktirisa üçün bütün rolları oynamaq çətindir. Amma mən qatil rolunu oynayan ilk aktirisa deyiləm. Mənim ifamda belə gözəl alınması filmin ssenarisinin güclü olmasından qaynaqlanır".

Oral MƏDƏNÇİ

Könül İbrahim

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR