Türk müğənnilərin azərbaycanlı konsert təşkilatçısından xəbər var – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Türk müğənnilərin azərbaycanlı konsert təşkilatçısından xəbər var – FOTOLAR

Bəstəkar və söz yazarı Günel Sərdarqızı təşkilatçı və prodüser kimi də fəaliyyətini genişləndirib. O, bəstə və söz daxil olmaqla, mahnının aranjimanı, yüksək səviyyəli klip çəkilişləri, konsert və televiziya layihələrinin həyata keçirilməsinə xidmət edən prodakşnın rəhbərlərindən biridir.

“MG” adlanan prodakşnda G. Sərdarqızının tərəfdaşı türkiyəli rejissor və bəstəkarın meneceri Mustafa Sarıkayadır.

O, Publika.az-a bildirib ki, bu, prodakşnın Türkiyə ilə bir neçə ildir davam edən əməkdaşlığın nəticəsidir: “Artıq konsert və layihələrimi öz prodakşnımın adı altında həyata keçirəcəm. Bunu hər dəfə fərqli ad altında etmək düzgün deyil. İndiyədək layihələrim həmişə fərqli şirkət və kompaniyaların adı altında həyata keçib. Nəticədə iş şaxələnirdi və başqasının adına çıxılırdı. Allah hamının canını sağ eləsin, amma artıq öz şirkətimlə işləmək istəyirəm. Prodakşna aid layihələr Türkiyədə həyata keçəcək”.

G. Sərdarqızı əlavə etdi ki, indiyədək M. Sarıkaya ilə reallaşdırdığı layihələr sırasına türkiyəli müğənnilər Özcan Deniz və Mahsun Kırmızıgülün Yaşıl Teatrda, Fərhad Göçerin Heydər Əliyev Sarayında, eləcə də Bengü və Hadisənin Bakıda təşkil edilən son konsertləri, bir çox reklam rolikləri, eləcə də sevilən müğənni Elnarə Xəlilovanın “Gentleman”, “Ha ha”, son günlərin ən çox dinlənilən və izlənilən “Dayan” mahnısına çəkilən kliplər, İradə İbrahimovanın “Bu aralar” mahnısının ekran versiyası və s. işlər daxildir.

Qeyd edək ki, M. Sarıkaya Türkiyədə Tarkan, Kenan Doğulu, Sertap Erener, Demet Akalın, Sıla, Murat Boz, Hadisə kimi məşhur müğənnilərlə çalışır. O həmçinin Sting, Ricky Martin, “Spice girls”, “Black ice peace”, Farel Uillams, PSY, Ledi Qaganın Türkiyədəki konsertlərinin rejissoru olub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm