Qardaşından Oksanaya bahalı hədiyyə - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Qardaşından Oksanaya bahalı hədiyyə - FOTOLAR

Natəvan Həbibi, İlhamə Qasımova, ABD Malik, Elnur Məmmədov və Azad Şabanov rəqqasə Oksana Rəsulovaya həsr etdikləri “Bu gözəlin rəqsinə bax” adlı mahnıya klip çəkdirirlər.

Bu barədə Publika.az-a Oksananın mətbuat xidmətindən məlumat verilib. Xəbərdə bildirilir ki, artıq sözügedən mahnının klip çəkilişləri yekunlaşıb. Klip bir müddət sonra mediaya təqdim olunacaq.

Onu da əlavə edək ki, klipi O.Rəsulovanın qardaşı Anar Rəsulov çəkib. O, bu ekran işini bacısına hədiyyə etdiyini deyib.

Qeyd edək ki, “Bu gözəlin rəqsinə bax” adlı bəstənin müəllifi gənc şairə Gülnar Hüseynovadır. O, mahnını rəqqasə Oksana Rəsulovanın Hindistanda keçirilən “İndias Best Cine Star Ki Khoj” yarışmasındakı qalibiyyətindən ilhamlanaraq yazdığını bildirib. Bəstənin aranjimanı Nadir Nəğd Pula məxsusdur. Ekran işi təkcə Azərbaycanda yox, Hindistanda da nümayiş etdiriləcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm