Əli Ağaoğlu: “Görməmişlikdən zövq alıram”
Bizi izləyin

Tabloid.az

Əli Ağaoğlu: “Görməmişlikdən zövq alıram”

Türkiyənin ən varlı 10 adamından biri, inşaat mogikanı olan, sevgi macəraları, avtomobil hobbisi və “Yapdım, olacaq” devizli reklam çarxları ilə tanınan Əli Ağaoğlu “Forbes”in 2013-cü il martında açıqladığı rəsmi məlumatlara əsasən 2,7 milyard dollar sərvət sahibidir.

Publika.az 25-dən çox şirkətin yer aldığı “Ağaoğlu Şirkətlər Qrupu”nun prezidenti Əli İbrahim Ağaoğlunun Türkiyə mətbuatına verdiyi maraqlı müsahibəni təqdim edir:

- İstanbul bahalı yerdir?

- Dövlət torpaq sahəsi ayırmalıdır. Bağdad prospektində 10 mənzil inşa edirsən, onun 8-ini torpaq sahibinə verirsən. Belə şey olar? Torpağın qiyməti düşmədikcə mənzilin qiyməti də düşməz. İstanbulun ən azı 50 beşulduzlu otelə ehtiyacı var. 150 milyon sərnişinin istifadə edə biləcəyi hava limanı inşa edirik. İstanbulda qoyduğumuz kapitalın xeyrini 20 ildən sonra görəcəyik. İqtisadiyyatın canlanmasını gözləyirəm...

- Siyasi liderlərin üzünə “Padşah kimisiniz” deyə ağır tənqidlər səsləndirən Sakıp Sabancı bu gün yaşasaydı, danışardımı?

- Çətin ki, danışardı.

- Niyə? Dövlət cəzalandırar deyə qorxardı?

- Dövlətin gücü böyükdür, təbii ki… Maliyyənin mənim şirkətimdə ofisi var. Həmişə dövləti günahlandırırıq, amma bu gün QHT-lərin heç biri doğru-düzgün işləmir. Hamısı həmkarlar ittifaqı ağası kimidir. Yemək klubuna belə üzv deyiləm.

- İş dünyası təşkilatlarından üzv olmaq üçün dəvət alırsınız?

- Hamısından.

- TÜSİAD-dan da?

- Yox, ondan dəvət almadım. Danimarkanın əhalisi 77 milyon nəfər, QHT sayı isə 70 milyondur. Demokratiya istəyiriksə, təşkilatlı toplum olmalıyıq.

- Problemlərinizi həll etmək üçün iş adamları ilə ortaq görüşlər keçirirsiniz?

- Görüşürük, ancaq mən nəticəyə əhəmiyyət verən adamam. Hamı ağlayır, heç kim ortalıqda yoxdur. Molla Nəsrəddinin fil hekayətindəki kimi…

- İqtisadiyyatda vəziyyət necədir, 2015-ci ili necə görürsünüz?

- Son iki ildir ölkə gündəmində iqtisadiyyat yox idi. 2015-ci ildə seçkilər olacaq, ondan sonra hər şey aydınlaşacaq. Seçkilərdə də sürpriz olmayacaq. Türkiyə siyasi istiqrarını qoruduğu müddət ərzində aydın gələcəyi var.

- Hazırda yenə torpaq sahəsi alırsınız?

- 30 min mənzil inşa edəcək qədər torpaq sahəm var. İstanbulda torpaq əsas xammaldır. Ən pis yerdə belə bina tiksən, maliyyənin yarısını torpağa xərcləyirsən.

- İş sahiblərinin siyasi çevrələrə marağının olduğu məlumdur. Sizin münasibətləriniz necədir?

- Qeyd edim ki, mərhum Özal, Yılmaz, Çiller, Demirel kimi böyük liderlərlə səmimi idim. O vaxt nazirlərin hamısı mənimlə isti münasibət yaratmışdı. Həyatım boyunca heç nazirliyin qapısından içəri girməmişəm. Heç kimin adamı olmadım, heç bir qrupa daxil olmadım.

- Bəs nazirlər sizin qapınızı döyübmü?

- Çooox... Hamısı dostumdur. Baş nazirlərlə də çox səmimi görüşürəm. Hələ də kərkinin ucu ilə pul qazanan biriyəm. Liberal və mühafizəkar fikirli adamam. Özalçıyam.

- Bu uzun müddət ərzində böyük kapitallar sahiblərini dəyişdilərmi?

- O dəyişiklik mənə aid deyil. 1988-ci ildə helikopterlə Bodruma tətilə getmişəm. O vaxt kimdə helikopter var idi?

- Daşınmaz əmlak alanlara nə məsləhət görürsünüz?

- Soyuducu alarkən elədiyin diqqəti mənzil alarkən niyə etmirsən? Firma kimdir, ərazisi varmı, lisenziyası varmı? Ödəyə biləcəyin qədər borc al.

- Bu köşk ən sadə dizayn edilmiş evinizdir?

- Bəli, bura evdir, ev… Ataşehirde çox maraqlı bir ev inşa etdim. Ərəb qonağım 10 milyon dollar verdi, amma satmadım. Kreml sarayındakı dəbdəbə, ondan daha çox işləmə var, tavanlar beş metr yüksəklikdə, görməmişlik deyək…

- Görməmişliyi sevirsiniz?

- Yəni o evdə hər şey ifrat dərəcədədir.

- Amma görməmişlik deyirsiniz...

- Zövq alıram.

- Çox varlı insan yanınıza gəlib ona ev tikməyini xahiş edib sizdən?

- Mən xüsusi layihələr olmadan da pul qazanıram. Kərkinin ucu ilə. Bütün işlərdə risk edirəm. Ən azı 50-60 milyard dollarlıq kapital qoyuram.

- Məşhur olduğunuzu hiss edirsiniz?

- Hər addımımda mənimlə foto çəkdirmək istəyən insanlar olur. Əgər hər şəkil çəkdirmək istəyən adamdan 50 dollar pul alsam, sərvətimə sərvət qatardım. Salamlaşmağı haram hesab edən qadınlar belə məni qucaqlayıb şəkil çəkdirir. Çünki çox səmimiyəm və insanlar mənə inanır. Mən rahat bir adamam, heç kimdən gizli işim yoxdur.

- Evinizdə heç kitab yoxdur?

- Evimdə yeganə kitab “Şahane Hatalar”dır.

- Evinizdə ən çox harada vaxt keçirirsiniz?

- Mansarddan sonra ən çox vaxt keçirdiyim yer yataq otağıdır.

- Ən çox pulu nə xərcləyirsiniz?

- Ən çox maşınlara və paltara pul xərcləyirəm. Zövqlü geyinməyi sevirəm.

- Neçə eviniz var?

- Altı evim var.

- Ən çox hansı evinizdə qalırsınız?

- Burada. Həftənin ən azı dörd-beş günü buradayam.

- Əlioğlu tarazlığı. Deyəsən, hər sevgiliyə bir ev?

- Bəli, hamı razıdır…

- Sənətlə aranız necədir?

- Mən sənətdən anlamıram, qədim əşyalara marağım da yoxdur, təzəni sevirəm.

Müsahibə boyu Ağaoğlunun gənc və gözəl sevgilsi Mesudiyeli öz vəziyyətindən razı olduğunu müşahidə etdik:

- Ağaoğlu sizə tez-tez gül dəstələri alırmı?

- Almır, gül qoparır. Romantikdir, amma hiss etdirmir. Məncə, açıq sözlülük iki sevgilinin ortaq xüsusiyyətidir.

- “Bir qız sevmişdim" hekayəniz olubmu?

- Qarşılıqsız məhəbbətim olub. Çox əzab çəkmişəm. Aşiq olmuşam, heç vaxt kənarda ehtiyat oyunçu kimi qalmamışam. Gülərüzəm, zarafatcılam... Qadınlar yalnız zənginlik axtarmırlar.

- Yaxşı, bəs xanımlar nə istəyir?

- Qadınlara dəyər verirəm, bir gecəlik intim münasibət üçün onlara yaxınlaşmıram. Sadəcə, əlindən tuturam. Mənə şorgöz deyirlər. Elə olsaydım, İstanbulu təsbeh kimi ipə düzərdim. Bəyəndiyim qadının söhbətindən həzz almasam, onunla heç bir münasibətə başlamaram. Çoxları pulla gecə yatıb-qalxır, heç kim bilmir. Şorgözlüyü qəbul eləmirəm.

- Pulla əldə edilə bilməyəcək nə isə var?

- Atamın sözü. Pulu başının üstünə çıxarsan, səni məhv edər, ayağının altına alsan, səni ucaldar.

- Axırıncı dəfə nə vaxt həqiqətən aşiq olmusunuz?

- Mən hər gün yenidən aşiq oluram.

- Şəxsi həyatınızın mətbuatda yayılmasından narahatsınız?

- Mən şəffaf insanam. Nəyim var, nəyim yoxdur, hamısı ortadadır.

- Tez-tez gənc qadınlarla yaşadığınız sevgi məcaraları ilə gündəmə gəlirsiniz? 60 yaşınız var, amma özünüzü çox gənc hiss edirsiniz. Öz yaşıdınızla eşq yaşamaq sizin üçün imkansızdır?

- Antikvariatı sevmirəm, amma tarixə hər zaman sayğım var.

- Qadınlar, yoxsa maşınlar?

- Qadınlar müqəddəsdir. Yaxşı şeylərə minməyi sevirəm. Ona görə maşının ən yaxşısını alıram.

- Yaraşıqlılıq, zənginlik?

- Xarizma!

Çevirdi: Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm