Azərbaycanlı bəstəkar hansı məşhur türkü seçdi?
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı bəstəkar hansı məşhur türkü seçdi?

Bəstəkar Tural Bayraməliyev bu dəfə türkiyəli məşhurlardan biri ilə çalışmağa qərar verib. Yeni mahnı yerli müğənnilərdən biri ilə duet şəklində hazırlanacaq. Publika.az-a açıqlama verən müəllif hələlik layihə barədə bunları dedi:

“Hazır duet ilk olaraq mətbuat nümayəndələrinə təqdim olunacaq. Layihə ilə bağlı bütün yenilikləri məhz həmin gün açıqlamağa qərar vermişik. Təqdimat yaz ayına nəzərdə tutulub”.

Qeyd edək ki, Sevil və Sevinc bacılarının söz və musiqisi Tural Bayraməliyevə məxsus olan “Eşq dəlisi” mahnısı və ona çəkilən klip sosial kanallarda rekord sayda izlənib. Hətta kompozisiya bundan öncə yazılan “Ürəyim” mahnısının rekordunu aşaraq, Türkiyədə də dinlənir və izlənir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm