Hakerlər James Bond haqqında çəkilən yeni filmin ssenarisini oğurlayıb
Bizi izləyin

Tabloid.az

Hakerlər James Bond haqqında çəkilən yeni filmin ssenarisini oğurlayıb

Sony Pictures şirkətinin haker hücumu zamanı James Bond haqqında çəkilən yeni filmin kinossenarisi oğurlanıb.

Publika.az-ın məlumatına görə, "Spectre" adlı yeni James Bond filminin ssenarisinin oğurlandığını film prodüsserləri də təsdiqləyib.

Filmi çəkən "Eon Productions" qrupu rəsmi vebsaytında dərc edilmiş bəyanatda kinossenarinin internetdə yayıla biləcəyindən naraht olduğunu bildirib.

Spectre filmi 2015-ci ilin noyabr ayında ekranlara buraxılmalı idi.

Londonda bu ayın əvvəlində aktyor qrupunun təqdimat mərasimi keçirildikdən sonra "Spectre" filminin çəkilişinə start verilib.

"Skyfall" adlı sonuncu Bond filmi Sony Pictures Entertaiment şirkətinə 1.1 milyard dollar gəlir təmin etmişdi.

Qeyd edək ki, noyabrın 24-də hakerlər Sony Pictures şirkətinin kompüter şəbəkəsini sıradan çıxararaq, şirkət işçiləri və ulduz aktyorların gəlirləri barədə məlumatı və ekranlara çıxmamış filmləri internetdə yerləşdirmişdilər.

Şirkət haker hücumuna görə, Pxenyanın narazılığına səbəb olmuş "İnterview" filminə görə Şimali Koreyanı ittiham etmişdi. Şimali Koreya isə iddiaları rədd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm