Həyatla səhnədə vidalaşan dünya şöhrətli azərbaycanlı – FOTOLAR +VİDEO
Bizi izləyin

Tabloid.az

Həyatla səhnədə vidalaşan dünya şöhrətli azərbaycanlı – FOTOLAR +VİDEO

Bu gün Azərbaycan caz sənətinin banisi, dünya şöhrətli musiqiçi Vaqif Mustafazadənin xatirə günüdür.

Vaqif Mustafazadə 16 mart 1940-cı ildə Bakıda, İçərişəhərdə anadan olub. Atasının ölümündən sonra Vaqifin tərbiyəsi ilə məktəbdə musiqi müəlliməsi anası təklikdə məşğul olmağa başlayıb.

1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbini bitirib, Konservatoriyaya daxil olub. İlk məşhurluq da elə bu zaman gəlir. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış eləyir. O, əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edir.

1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olub.

1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə, əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalı idi. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum ad içərisindən bizə doğma ad çəkilir: Azərbaycan, Vaqif Mustafazadə. Monako caz festivalından vətənə "Ağ royal" mükafatı ilə qayıdır və növbəti konsertlərinə hazırlaşır.

Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının bir sıra caz kompozisiyalarının və əsərlərin müəllifidir. Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerika caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır. O, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.

Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış „Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına, 1982-ci ildə artıq ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb.

O, 1979-cu il dekabrın 16-da Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib. Bakıda dəfn olunub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm