Məşhur "Celtic Legends" step rəqs qrupu ilk dəfə Azərbaycanın qonağı olacaq - FOTO
Bizi izləyin

Tabloid.az

Məşhur "Celtic Legends" step rəqs qrupu ilk dəfə Azərbaycanın qonağı olacaq - FOTO

Step rəqsinin usta ifaçıları

"SA ORGANIZATION" artıq 15 ildir ki, öz fəaliyyəti ilə adı haqqında kifayət qədər təsəvvür yarada bilib. Publika.az xəbər veriri ki, Selahattin Atalay tərəfindən yaradılan organization bu illər ərzində istər ölkə daxilində, istərsə də ölkədən kənarda bir sıra iri konsert layihələrini reallaşdırmağa müvəffəq olub. Şirkət Rusiya, Qazaxıstan, Ukrayna və bir çox ölkələrdə tanınmış ulduzların unudulmaz konsert proqramlarını təşkil etmişdir. Ölkəmizdə bu işin təməlini qoyan şirkət kimi "SA Organization" işinə mükəmməl və peşəkarcasına yanaşaraq indiyə kimi tanınmış ifaçılardan İbrahim Tatlıses, Nilufer, Ajda Pekkan, Alişan, İngrid Alberini, İmagination, məşhur rəqs qruplarından olan "Anadolu ateşi", “Tararam”, "Şaman", həmçinin Ruslana, Kenan Doğulu və s. kimi bir çox məşhurların konsert layihələrinə imza atıb. Bu gün isə organization yeni konsert layihəsi ilə görüşünüzə gəlib.

Dünyaca məşhur step rəqsinin usta ifaçıları, “Celtic Legends” rəqs qrupu ilk dəfə olaraq Azərbaycanın qonağı olacaq. Əfsanəvi rəqsləri ilə hər zaman dünyanın diqqət mərkəzində olan qrup sözün əsl mənasında Azərbaycan tamaşaçılarına tam fərqli bir gecə yaşadacaq. 1 və 2 mart tarixlərində Heydər Əliyev Sarayında baş tutacaq konsert proqramında tamaşaçılar professional rəqqasların sərgiləyəcəyi step rəqsinin ahəngindən zövq alacaqlar.


“Celtic Legends” qrupu 2001-ci ildə İrlandiyanın Konnemara torpaqlarında irland musiqisinə və rəqsinə böyük töhfələr vermiş Qalveydən olan gənc istedadlar tərəfindən yaradılıb. Rəqqaslar tamaşaçılarının nəzərində daima fərqli performansları ilə yadda qalıblar. Qrupun bütün rəqqasları erkən yaşlarından dünyaca məşhur rəqs yarışmalarının qalibi olublar. Qrup hər zaman öz tamaşaçısını milli irland rəqsinin sehrli ilə ovsunlayıb. Qrupun xoreoqrafı Jakinta Şarpe, musiqi direktoru Sin Makkarti və dünyaca məşhur qəhrəmanı Viliyam Boltdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm