Xanım müğənninin bahalı avtomobilini yararsız hala saldılar - FOTO
Bizi izləyin

Tabloid.az

Xanım müğənninin bahalı avtomobilini yararsız hala saldılar - FOTO

Müğənni Aysel Əlizadə “Porcshe” markalı avtomobilində qəza keçirib. Eyni tərəfdən hərəkət edən avtomobil yol hərəkəti qaydasını pozub, müğənninin maşınını və yaxınlıqdakı digər avtomobili vuraraq, yararsız hala salıb. Müğənni ciddi xəsarət almasa da, qolundan yüngül yaralanıb.

Həkim müayinəsinə ehtiyacı olmadığını bildirən sənətçi Publika.az-a təəssüflə bildirdi ki, bir ay maşınsız qalacaq:

“Avtomobil elə vəziyyətdədir ki, 1 ay təmir üçün saxlanılacaq. Hadisəni törədən şəxs mənə dəyən ziyanı ödəyəcək. Hazırda hadisə baş verən rayon üzrə Səbail polis idarəsində cinayət işi başlayıb, araşdırma aparılır”.

Qeyd edək ki, müğənninin idarə etdiyi avtomobilin qiyməti 130 min manatdır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm