• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Maya Sar: “Bu çox xoş olacaq“

Maya Sar: “Bu çox xoş olacaq“

Bosniya və Herseqovinanın Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçisi Maya Sar səhnə şousunun bütün hazırlıqlarını rejissor Ahmed İmamovicə etibar edib.

Publika.Az eurovision.az-a istinadən xəbər verir ki, Maya Sar builki müsabiqə mahnılarının özünəməxsus olduğunu və ifaçılara çox yaraşdığını bildirib.

"Korake ti znam" adlı mahnısını doğma dildə oxumasının səbəbini o, belə izah edib:

"Mahnı Bosniya dilində yazılıb. Düşünürəm ki, oradakı emosiya və ismarıcı dinləyicilər çox gözəl hiss edəcəklər."

Azərbaycana səfər edəcəyi günü səbirsizliklə gözləyən Maya Sarın builki Eurovision şousu ilə bağlı düşüncələri isə belədir:

"Azərbaycanın möhtəşəm ölkə olduğunu eşitmişəm. Builki Eurovision təmsilçiləri arasında dostlarım çoxdur. Ona görə də birlikdə müsabiqəyə hazırlaşmaq və işləmək çox xoş olacaq".

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR