Azərbaycanlı bəstəkar “Grammy”-yə namizəddir – FOTO
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı bəstəkar “Grammy”-yə namizəddir – FOTO

Bu günlərdə musiqi sahəsində dünyanın ən məşhur mükafatlarından olan “Grammy” beynəlxalq mükafatına ”klassik musiqi” nominasiyasında namizədlərin adı açıqlanıb.

Azərbaycan musiqi ictimaiyyəti üçün çox əlamətdar hadisədir ki, üç namizəddən biri dünya şöhrətli bəstəkarımız Firəngiz Əlizadədir. Qeyd edək ki, “Grammy” beynəlxalq mükafatı musiqi sahəsində dünyanın ən məşhur mükafatı sayılır və “Oskar”ın musiqi variantı hesab edilir.

Azərbaycan bəstəkarlıq məktəbi tarixində ilk dəfədir ki, təmsilçimiz belə bir məşhur mükafata namizəd göstərilir.

Firəngiz Əlizadə təəssüratlarını Publika.az-la bölüşdü:

“Mən bu şad xəbəri “Hans Sikorski” Yayım Evinin xəbər lentindən əldə etdim. Orada üç bəstəkarın adı qeyd edilib. Bunlardan biri müasir musiqi sahəsində böyük uğurlar əldə etmiş amerikalı bəstəkar Lera Auerbaxdır. Siyahıda adı qeyd olunan digər bəstəkar Meçislav Vaynberq yaşlı nəslin nümayəndələrindəndir və onun “Anna Frankın gündəliyi” operası dünyanın bir çox ölkəsində səhnəyə qoyulub.

Fəxrlə deyə bilərəm ki, bu üç namizəddən biri olmaq mənim üçün böyük uğurdur. Bu mükafatı almağa nə qədər şansımın olduğunu deyə bilmərəm, lakin 2015-ci il il fevralın 8-də keçiriləcək təqdimat mərasiminə artıq dəvət almışam.

Mənim üçün əlamətdar məqam odur ki, bu ali mükafata məşhur amerikalı skripkaçı, meqa-star Hillari Hanın “Deutsche Grammofon”da işıq üzü görən, mənim musiqilərimdən ibarət alboma görə namizəd göstərilmişəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm