“Axınla aşağı” filminin premyerası olacaq – FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Axınla aşağı” filminin premyerası olacaq – FOTOLAR

Dekabrın 19-da saat 19:00-da Nizami Kino Mərkəzində dövlət sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilən “Axınla aşağı” bədii filminin təqdimatı keçiriləcək.

Publika.az-ın məlumatına görə, idmançı gənclərin həyatı fonunda inkişaf edən psixoloji ailə dramının quruluşçu rejissoru Asif Rüstəmov, ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxiya, quruluşçu operatoru Ayxan Salar, bəstəkarı Xəyyam Mirzəzadə, quruluşçu rəssamı Rafiz İsmayılov, icraçı prodüseri Nadir Əliyev, prodüseri isə Müşfiq Hətəmovdur.

Namiq Ağayev, Mehriban Zəki və digər aktyorların rol aldığı “Axınla aşağı” filmi bir neçə beynəlxalq kinofestivalın müsabiqə proqramında iştirak edib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm