• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Azərbaycan KİV-lərindən dünya mediasına

Azərbaycan KİV-lərindən dünya mediasına

Ölkənin 45 qəzeti, 9 informasiya agentliyi, 8 xəbər portalı, 10 televiziya və 11 radiosu "Avroviziya-2012" ilə bağlı xarici media mənsublarına müraciət edib.

Mətbuat Şurasından Publika.Az-a verilən məlumata görə, müraciətdə deyilir:

"Bu il Azərbaycan 20 illik müstəqillik tarixində ilk dəfə Avropanın ən nüfuzlu mədəni hadisələrindən olan "Avroviziya-2012" mahnı müsabiqəsini keçirməyə hazırlaşır. Hazırda bütün Azərbaycan cəmiyyəti kimi, onun mediası da qarşıda duran vəzifənin məsuliyyətini dərk edir və ciddi cəhdlə dünya ictimaiyyətinə ölkəmiz haqqında obyektiv və hərtərəfli məlumat verməyə çalışır.

Lakin onu da təəssüflə qeyd etməliyik ki, bəzi dairələr Avropanın bu mühüm mədəni tədbirini siyasiləşdirməyə, bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Hesab edirik ki, bu mədəni hadisədən çirkin siyasi məqsədlər üçün yararlanmaq cəhdləri Avropa Yayım Birliyi kimi nüfuzlu təşkilata, "Avroviziya" müsabiqəsində iştirak etmək hüququ qazanmış şəxslərə, ölkəmizə gələcək onminlərlə xarici vətəndaşa, milyonlarla avropalıya qarşı hörmətsizlikdir".

Müraciətə görə, "Avroviziya"nın tarixinə nəzər saldıqda, aydın görünür ki, bu mədəni hadisə heç vaxt siyasiləşdirilməyib və ondan heç bir dövlətə və xalqa qarşı təzyiq vasitəsi kimi istifadə edilməyib:

"Buna görə də biz haqlı olaraq soruşuruq: 2011-ci ildə Düseldorfda gərgin mübarizə şəraitində halallıqla qələbə qazanmış Azərbaycana qarşı bu əsassız təzyiqlərin məqsədi nədir?Nəyə görə Bakıda bir neçə ildir davam edən, ölkəmizin "Avroviziya"da qalib gəlməsindən çox öncə başlamış və bu yarışma bitdikdən sonra da davam edəcək genişmiqyaslı quruculuq və abadlıq işləri mahiyyəti üzrə deyil, insan haqlarının pozulmasına səbəb olan tədbir kimi qiymətləndirilir, üstəlik "Avroviziya" ilə də əlaqələndirilir?"

Rüfət Əhmədzadə

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR