• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Depardye Quba bazarında nə axtarırdı? - FOTO

Depardye Quba bazarında nə axtarırdı? - FOTO

Məşhur fransız aktyoru Jerar Depardyenin Qubada və digər yerlərdə çəkdirdiyi fotolar üzə çıxıb.

Publika.az xəbər verir ki, bir müddət əvvəl respublikamıza səfər etmiş aktyor Qubada olarkən sakinlər tərəfindən rəğbətlə qarşılanıb. Onlar aktyora yaxınlaşaraq xatirə fotosu çəkdiriblər.

Jerar Depardye məşhur Quba bazarının qarşısından keçərkən hətta bir neçə sakin ona yaxınlaşaraq avtoqraf da istəyiblər. Aktyor isə onların xahişlərini təbəssümlə qarşılayıb. Xatırladaq ki, bir vaxtlar ölkəmizə gəlmiş Fransa aktyoru Şəki, Quba, Şamaxı rayonlarında da olub. Jerar Depardyenin respublikamıza gəlişinin səbəbi Aleksandr Düma haqqında sənədli filmin çəkilişi idi. Çəkilişlər Fransa studiyası tərəfindən aparılırdı. Çəkilişlərdə “Yaddaş” studiyası ilə də əməkdaşlıq edilir.

“Aleksandr Düma Azərbaycanda” sənədli filmində Aleksandr Düma rolunu məhz Jerar Depardye özü canlandırdı. Yeri gəlmişkən, Aleksandr Dümanın səfəri zamanı yanında gətirdiyi çəlimsiz rəssam obrazı da yaddan çıxmayıb. Və təsvir olunan rəssam da məhz Jerar Depardye ilə birlikdə çəkilib. Filmin çəkilişləri Aleksandr Dümanın Zaqafqaziya səfəri zamanı olduğu bölgələrdə həyata keçirildi.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR