• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

2014-cü ilin ən çox müzakirə olunan toyları – FOTOLAR

2014-cü ilin ən çox müzakirə olunan toyları – FOTOLAR

Bu il Hollivudun iki qibtə edilən cütlüyünün toyu ilə yadda qaldı: Corc Kluni-Alamuddin və Bred Pit-Ancelina Coli.

Publika.az 2014-cü ildə ən çox müzakirə olunan məşhurların toylarının siyahısını təqdim edir.

Solanc Noulz və Alan Ferqüson

Beyonsun kiçik bacısı Solanc Noulz 51 yaşlı musiqi prodüseri Alan Ferqüsona ərə gedib. Toy məclisinə gələn bütün qonaqlar ağ geyimdə olub.

Corc Kluni və Amal Alamuddin

Hollivudun həsəd aparılan subay kişilərindən biri olan Corc Kluni və vəkil Amal Alamuddinin toy məclisi Venesiyada keçirilib. Toyda cəmisi 100 nəfər iştirak edib.

Nil Patrik Harris və Devid Bartka

Amerikalı aktyor Nil Patrik Harris həmcinsi Devid Bartka ilə ailə həyatı qurması da bu ilin ən çox müzakirə olunan hadisələrindən biri olub.

Ancelina Coli və Bred Pitt

Sakit və xudmani toy (cəmisi 20 nəfər qonaq – red.) Fransanın qədim kəndlərindən birində keçirilib.

Eros Ramazotti və Marika Pelleqrinelli

Məşhur ifaçı Eros Ramazotti növbəti dəfə evlənib. 50 yaşlı Eros 26 yaşlı model Marika ilə izdivaca girib. Cütlük Milanın kral sarayında evlənib.

Skarlett Yohansson və Romen Doriak

Cütlük 2014-cü ilin oktyabr ayında evlənib. Toy qapalı keçirilib.

Meri-Keyt Olsen və Olivye Sarkozi

Aktrisa Meri-Keyt Olsen Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin qardaşı Olivye Sarkozi ilə ailə həyatı qurub. Gəlin ağ gəlinlik libasında olmayıb.

Cudi Foster və Aleksandra Hedison

Aktrisa Cudi Foster həmcinsi fotoqraf Aleksandra Hedisonla ailə həyatı qurub.

Pamela Anderson və Rik Salomon

Pamela Los-Ancelesdəki evində heç bir toy məclisi keçirmədən Salomonla ailə həyatı qurub.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR